Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Bəşəriyyətin qanlı faciəsi- Xocalı soyqırımına həsr olunmuş tədbir keçirilmişdir.

26 fevral 2015 | 08:00

Qəbələ  Turizm və  Otelçilik üzrə  Peşə Tədris  Mərkəzində  Xocalı Soyqırımının 23-cü ildönümünə  həsr  olunmuş  anım  mərasimi keçirilmişdir.
Əvvəlcə  tədbir  iştirakçıları  Xocalı faciəsində şəhid olmuş soydaşlarımızın xatirəsini bir  dəqiqəlik sükutla yad  etmişlər.Sonra ermənilərin uzun illərdən bəri azərbaycanda  törətdikləri  cinayətlərin ən  dəhşətlisi olan Xocalı qətliamına dair məruzə dinlənilmişdir. Məruzəçi qanlı  gecədə  törədilmiş  faciə nəticəsində  şəhid olanlar, itkin düşənlər , girov  götürülənlər barədə ətraflı məlumat vermiş, soyqırım qurbanlarının əziz  xatirəsinin heç vaxt qəlblərdən silinməyəcəyini bildirmişdir.   Natiq  çıxışında  ölkə  prezidenti , ali baş  komandan cənab İlham  Əliyevin yorulmaz əməyi nəticəsində  itirilmiş  torpaqlarımızın  geri  qaytarılacağını, ermənilər  tərəfindən  qətlə  yetirilmiş   soydaşlarımızın qanının yerdə qalmayacağını qeyd etmişdir.
Tədbirdə çıxış edənlər Azərbaycan xalqına  qarşı  törədilmiş  bu dəhşətli soyqırımı  pisləyərək, qətliamın günahkarlarının cəzalandırılacağı  günün uzaqda olmadığını vurğulamış, həmin anı səbirsizliklə  gözlədiklərini bildirmişlər.

Keçidlər