Xocalı soyqırımına dair anım tədbiri keçirilmişdir.
26 fevral 2015 | 04:00
Qəbələ Regional QHT -lərin Resurs və Təlim Mərkəzində Xocalı faciəsi ilə əlaqədar anım tədbiri keçirilmişdir. Tədbirdə regionda fəaliyyət göstərən QHT rəhbərləri, orta məktəb müəllimləri və gənclər iştirak etmişlər.
Tədbirdə Xocalı faciəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunmuşdur.
Sonra Xocalı faciəsi ilə əlaqədar sənədli film izlənilmişdir. Daha sonra tədbirdə çıxış edənlər Xocalı soyqırımının Azərbaycanın tarixində ən dəhşətli və faciəli hadisələrdən biri olduğunu və bütün insanlığa, bəşəriyyətə qarşı törədildiyini qeyd etmişlər.