Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Xocalı soyqrımı anılmışdır.

26 fevral 2015 | 10:00

Qəbələ Rayon Mədəniyyət Mərkəzində Xocalı faciəsinin iyirmi üçüncü ildönümü ilə əlaqədar tədbir keçirilmişdir. Tədbiri giriş sözü ilə Qəbələ Rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri Nargilə Qafarova açmışdır. Tədbir iştirakçıları əvvəlcə Xocalı qətliamında  həlak olmuş soydaşlarımızın xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.
Sonra Nargilə Qafarova Xocalı soyqırımının tarixi kökləri barədə məruzə edərək ermənilərin qonaq kimi yaşadıqları ərazinin yerli əhalisinə qarşı, xüsusən türklərə və azərbaycanlılara qarşı həmişə xəyanətkar mövqe tutduğunu bildirmişdir.
Tədbirdə rayonun mədəni-maarif şəbəkələrinin əməkdaşları çıxış edərək Xocalı soyqrımı ilə əlaqədar fikirlərini ifadə etmişlər.

Keçidlər