Gənclər Yeni Azərbaycan Partiyasının sıralarına qəbul edilmişlər.
Qəbələ Turizm və Otelçilik üzrə Peşə Tədris Mərkəzinin bir qrup fəal gəncləri Yeni Azərbaycan Partiyasının sıralarına qəbul edilmişlər.
Üzvlük biletlərinin təqdim olunma mərasiminin keçirilməsi əlamətdar bir dövrə- Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü ərəfəsinə təsadüf etdiyi üçün partiyaya yeni qəbul olunanlar böyük qürur hissi keçirdiklərini vurğulamışlar. Onlar ölkə başçısı cənab İlham Əliyevin yorulmaz əməyi sayəsində möhkəmlənən və inkişaf edən dövlətimizin gələcəyi naminə quruculuq işıərinə öz töhvələrini vermək üçün Yeni Azərbaycan Partiyasının ön sıralarında olmağı qərara aldıqlarını qeyd etmişlər.
Partiyaya yeni qəbul olunan gənclər tədris mərkəzində keçirilən təqdimat mərasimində çıxış edərək, ümummilli liderin imzası həkk olunmuş, dünənin, bu günün və gələcəyin partiyası olan YAP-nın üzvlük biletlərini daşıdıqlarına görə qürur duyduqlarını diqqətə çatdırmış və Heydər Əliyev ideyalarına daim sadiq qalacaqlarını bildirmişlər.