Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Fövqəladə hallar zamanı davranış və yanğın təhlükəsizliyinə dair seminar-müşavirə keçirilmişdir.

06 mart 2015 | 16:00

Əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması, fövqəladə halların qarşısının alınması,  insanların bu sahədə xəbərdar və təlimatlı olmasında səmərəliliyin artırılması məqsədi ilə Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzində rayonunun qəsəbə və kənd inzibati ərazi dairələri üzrə nümayəndələrin və bələdiyyə sədrlərinin iştirakı ilə   “Fövqəladə hallar zamanı davranış və yanğın təhlükəsizliyi qaydaları” mövzusunda maarifləndirmə xarakterli görüş keçirilmişdir. Regional Mərkəzlə bərabər Şimal-qərb Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin, Şimal-qərb Regional Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-mədən Nəzarəti Müfəttişliyinin, Şimal-qərb Regional Tikinti Müfəttişliyinin əməkdaşlarının da qatıldığı tədbirdə ilk öncə mərkəzin rəisi Sadiq Bəkirli çıxış edərək tədbirin məqsədi haqqında danışmışdır. Sonra məruzəçilər tərəfindən iştirakçılara Qəbələ rayonu ərazisində baş verə biləcək təbii və texnogen xarakterli fövqəladə hallar zamanı davranış qaydaları, yanğın təhlükəsizliyi və tikintidə təhlükəsizliyin normaları izah olunmuş, rayon icra hakimiyyəti ilə mərkəz arasında 2014-2019-cu illər üçün nəzərdə tutulmuş “Qarşılıqlı Fəaliyyət” planında qeyd edilmiş tədbirlərin icrası ilə bağlı geniş məlumatlar verilmişdir.
Sonda iştirakçılarla fikir mübadiləsi aparılmış, Fövqəladə Hallar Nazirliyinin fəaliyyət istiqamətləri və strukturu haqqında videoçarx izlənilmişdir.

Keçidlər