8 Mart Beynəlxalq Qadınlar Gününə həsr olunmuş ümumrayon tədbiri keçirilmişdir.
“ Qafqaz Karvansaray ” hoteldə 8 Mart Beynəlxalq Qadınlar Gününə həsr olunmuş ümumrayon tədbiri keçirilmişdir. Tədbiri rayon icra hakimiyyəti başçısının müavini, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Ətayə xanım Osmanova açmışdır. Daha sonra söz rayon icra hakimiyyətinin başçısı cənab Səbuhi Abdullayevə verilmişdir. 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə qadınları təbrik edən RİH başçısı qeyd etmişdir ki, Azərbaycan qadınları əsrlər boyu xalqımızın, vətənimizin ictimai həyatında müstəsna rol oynamışlar. Zamanın bütün sınaqlarından alnıaçıq, üzüağ çıxan Azərbaycan qadını bu gün müstəqil ölkəmizdə demokratik, dünyəvi və hüquqi cəmiyyətin aparıcı qüvvəsidir.
Diqqətə çatdırılmışdır ki, Ümummilli liderimiz Heydər Əliyev qadınların cəmiyyətdəki rolu ilə bağlı siyasətin səmərəli şəkildə həyata keçirilməsinə, onların dövlət qulluğunda, elm, mədəniyyət, təhsil, səhiyyə, idman və digər sahələrdə geniş təmsil olunmalarına müstəsna əhəmiyyət verirdi.
Bildirilmişdir ki, Ulu öndərimizin müdrik siyasəti bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən böyük uğurla davam etdirilir. Möhtərəm Prezidentimizin apardığı uzaqgörən siyasətin nəticəsidir ki, bu gün qadınlarımız yalnız Azərbaycanda deyil, ölkəmizin hüdudlarından kənarda da tanınır, beynəlxalq qurumlarda ölkəmizi ləyaqətlə təmsil edir, öz intellekti, istedadı, təşkilatçılğı və yüksək milli-mənəvi keyfiyyətləri ilə dünya qadınları arasında şərəfli yer tuturlar.
Daha sonra rayonun ictimai-siyasi həyatında fəal iştirak edən bir qrup qadına rayon icra hakimiyyətinin fəxri fərman və qiymətli hədiyyələri təqdim edilmişdir.
Tədbir konsert proqramı ilə davam etdirilmişdir.