Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələ rayonunda qadınların IV konfransı keçirilmişdir.

21 fevral 2013 | 16:00

Qəbələ rayon qadınlarının IV konfransı keçirilmişdir.
Konfransda Qəbələ Rayon İcra Hakimiyyəti başçısının müavini – ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Ətayə Osmanovanın “Azərbaycan Respublikasında dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 06 mart 2000-ci il tarixli 289 nömrəli Fərmanının Qəbələ rayonunda icrasına dair hesabat məruzəsi dinlənilmişdir.
Məruzəçi “Gender bərabərliyinin təminatları” və “Məişət zorakılığının qarşısının alınması” haqqında Azərbaycan Respublikası qanunlarının müddəalarının əhali arasında təbliğ edilməsi məqsədi ilə keçirilən silsilə tədbirlərin əhəmiyyətindən danışmış, qadın və uşaq hüquqlarının qorunması, qadın zorakılığına qarşı mübarizə tədbirlərinin  həyata keçirilməsi istiqamətində ziyalılar, ağsaqqallar, din xadimlərı, valideynlər və yuxarı sinif şagirdləri ilə keçirilən görüşlərin səmərəliliyini vurğulamışdır.
Məruzə ətrafında təhsil şöbəsinin əməkdaşı Arifə Bayramova, mədəniyyət və turizm şöbəsinin müdiri Nargilə Qafarova, Qəbələ Müalicə Diaqnostika Mərkəzinin həkimi Şəhla Seyidova, Azərbaycan Respublikası Milli Məclisinin üzvü, millət vəkili Aqiyə Naxçıvanlı və Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev çıxış etmişlər.
Konfransda Azərbaycan Respublikası Qadınlarının IV Qurultayına Qəbələ rayonundan 16 nəfər ictimai fəal qadın nümayəndə seçilmişdir.

Keçidlər