Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələdə respublika müsabiqəsinin zona mərhələsi keçirilmişdir.

11 mart 2015 | 16:00

Qəbələ  Turizm  və  Otelçilik  üzrə  Peşə  Tədris  Mərkəzində  bədii ifa üzrə  respublika  müsabiqəsinin  zona  mərhələsi  keçirilmişdir.
Müsabiqənin  keçirilməsində  məqsəd  ilk-peşə və  orta  ixtisas  təhsili  müəssisələrinin  şagirdləri arasında  xüsusi  istedada  malik gəncləri üzə çıxarmaq, ifa  mədəniyyətini  yüksəltməkdir.
Müsabiqə Azərbaycan  bəstəkarlarının  estrada  mahnıları, təsnif  və  xalq  mahnıları, bədii qiraət və milli rəqs ifaçılığı nominasiyaları üzrə keçirilir.
Qəbələdə  keçirilən  zona  mərhələsində  Balakən,  Zaqatala, Qax, Oğuz, Şəki və Qəbələ rayonunun   ilk-peşə və orta ixtisas  müəssisələrinin qalibləri  iştirak etmişdir.
Azərbaycan  Respublikasının Təhsil  Nazirliyi tərəfindən təşkil olunan müsabiqənin zona  mərhələsində qalib gələn iştirakçılar aprelin 24-də  keçiriləcək  ümumrespublika  yekun tədbirində iştirak edəcəklər.

Keçidlər