Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Yeni Azərbaycan Partiyasının üzvlüyünə qəbul olunanlara vəsiqələr verilmişdir.

12 mart 2015 | 16:00

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü ilə əlaqədar Yeni Azərbaycan Partiyasının rayondakı ilk təşkilatlarında silsilə tədbirlər davam edir. Belə tədbirlərdən biri  martın 13-də Qəbələ Konserv Zavodunda keçirilmişdir.İlk təşkilatın yüzə qədər üzvünün  iştirak etdiyi tədbirdə partiyanın 22 ildən artıq şərəfli bir yol keçdiyi diqqətə çatdırılmış, partiyanın yaradıcısı ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi birinci dövr-  1969-82-ci illər və ikinci dövrü əhatə edən 1993-2003-cü illər ərzində ölkədə gedən inkişafdan, ulu öndərin xidmətlərindən, onun dövlətçilik siyasətindən geniş söhbət açılmışdır. Bu gün onun siyasi xəttinin və ideyalarının ölkə prezidenti, Yeni Azərbaycan Partiyasının sədri möhtərəm cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi xüsusi qeyd olunmuşdur. Eləcə də son illər Respublikamızda olduğu kimi Qəbələ rayonunda da həyata keçirilən quruculuq işlərində  ölkə başçısının və rayon rəhbərliyinin yorulmaz əməyinin danılmaz olduğu vurğulanmışdır.
Tədbirdə partiya sıralarına yeni qəbul olunan 41 nəfərə üzvlük vəsiqələri təqdim olunmuşdur.

Keçidlər