Qəbələdə ağacəkmə kompaniyasına başlanılmışdir.
14 mart 2015 | 16:00
Ekoloji mühitin sağlamlaşdırılması məqsədi ilə martın 14-də rayonda keçirilmiş növbəti iməcilikdə idarə və təşkilatların, təhsil və səhiyyə müəssisələrinin kollektivləri yaxından iştirak etmişlər.
Üç yüz nəfərin qoşulduğu aksiya zamanı Qəbələ şəhərinin İsmayıl Bəy Qutqaşınlı və Sahil küçələrinin kənarlarına 700 ədəd müxtəlif növ ağaclar əkilmişdir.
Bundan əlavə, yaşıllıq və abadlıq işləri çərçivəsində yol kənarlarındakı qurumuş ağaclar yenisi ilə əvəz edilmiş, minlərlə ağaca qulluq göstərilmişdir.
Ağacəkmə kompaniyasının mövsümün sonunadək davam etdirilməsı nəzərdə tutulmuşdur.