Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

“Şahin” hərbi-idman oyunu üzrə rayon birinciliyi keçirilmişdir.

16 mart 2015 | 16:00

Qəbələ Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə şəhər 2 saylı tam orta məktəbdə gənclərin hərbi vətənpərvərlik tərbiyəsinin gücləndirilməsində, onların fiziki hazırlıqlarının artırılmasında, ordu sıralarına hazırlanmasında  mühüm rol oynayan “Şahin” hərbi-idman oyunu üzrə rayon birinciliyi keçirilmişdir.
Rayonun tam orta məktəblərinin VIII-X sinif şagirdlərindən ibarət 25 komandanın iştirak etdiyi yarış gərgin idman mübarizəsi şəraitində keçmişdir. Yarışın əsasnaməsinə uyğun olaraq sıra hazırlığı mərhələsi keçirilmiş, daha sonra komandalar estafet mərhələsində mübarizələrini davam etdirmişlər.
Yarışın yekununda Qəbələ şəhər 2 saylı tam orta məktəbin komandası I yeri, Zarağan kənd 2 saylı tam orta məktəbin komandası II yeri və Qəbələ şəhər 3 saylı tam orta məktəbin komandası III yeri tutmuşdur. Qalib komandalara gənclər və idman idarəsinin diplomları təqdim edilmişdir.

Keçidlər