Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Ərazilərdə quduzluğa qarşı oral immunizasiya işi aparılmışdır.

18 mart 2015 | 07:00

Kənd Təsərrüfatı Nazirliyi Yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin təşəbbüsü və Qəbələ Rayon Baytarlıq İdarəsinin,  rayon meşə mühafizəsi və bərpası müəssisəsinin, eləcə də yerli icra nümayəndəliklərinin təşkilatçılığı ilə rayonda xidməti çevik dəstələr yaradılaraq  meşə massivi ilə həmsərhəd olan Qəbələ şəhərinin,  Vəndam, Bum, Nic qəsəbələrinin, Mıxlıqovaq, Tikanlı, Qəmərvan, Həmzəli, Nohurqışlaq və Mirzəbəyli kəndlərinin ərazilərində quduzluğa qarşı oral immunizasiyası işləri həyata keçirilmişdir.
Qeyd edilən infeksiyaya qarşı oral immunizasiyanın aparılması üçün dövlət vəsaiti hesabına alınmış 6500 doza primanka preparatı çevik dəstələr tərəfindən xəritə əsasında müvafiq ərazilərdə istifadə olunmuşdur.

Keçidlər