Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

“Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiyasına start verilib.

18 mart 2015 | 09:00

Prezident İlham Əliyevin tapşırığına əsasən respublikamızın şəhər və rayonlarının IX-XI sinif şagirdləri üçün “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiyanın növbəti mərhələsinə start verilib. Martın 17-də Balakən, Qax, Zaqatala, Şəki, Qəbələ, Şamaxı və İsmayıllı rayonlarının hər birindən 4 nəfər şagird Naxçıvana yola düşmək üçün Bakıya, Heydər Əliyev Beynəlxalq Aeroportuna gəliblər.
Tur-aksiya çərçivəsində məktəblilər ölkəmizin tarixini dərindən öyrənməklə yanaşı, regionlarımızın müasir simasını əks etdirən Heydər Əliyev mərkəzləri, tarix-diyarşünaslıq muzeyləri, Bayraq meydanları, parklar, şəhərlərin görməli yerləri ilə də yaxından tanış olmaq imkanı əldə edəcək,  Azərbaycan Prezidenti İlham Əliyevin məqsədyönlü fəaliyyəti, diqqət və qayğısı sayəsində şəhər və rayonlarımızın necə sürətlə inkişaf etdiyinin, sosial-iqtisadi tərəqqinin əyani şəkildə şahidi olacaqlar.

Keçidlər