Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Peşə bayramı qeyd edilmişdir.

30 mart 2015 | 03:00

Ümummilli lider Heydər Əliyevin “Azərbaycan Respublikası milli təhlükəsizlik orqanları əməkdaşlarının peşə bayramı gününün təsis edilməsi haqqında” 23 mart 1997-ci il tarixli Sərəncamı ilə hər il martın 28-i milli təhlükəsizlik orqanları əməkdaşlarının peşə bayramı günü kimi qeyd olunur. Ölkəmizdə milli təhlükəsizlik orqanlarının peşə bayramları bu il də yüksək səviyyədə keçirilmişdir.
Yarandığı gündən ötən 96 il ərzində Azərbaycan Milli Təhlükəsizlik orqanları şərəfli yol keçmişdir. Milli Təhlükəsizlik Nazirliyi Qəbələ Rayon Şöbəsinin əməkdaşları da peşə bayramlarını qeyd etmək üçün martın 28-də ümummilli lider Heydər Əliyevin abidəsi önünə gəlmişlər.
Onlar abidənin üzərinə gül dəstələri düzərək, dahi şəxsiyyətin əziz xatirəsini ehtiramla yad etmişlər. Tədbirdə rayon icra hakimiyyəti başçısının birinci müavini Abil Ağasəfov və rayonun hüquq- mühafizə orqanlarının rəhbərləri iştirak etmişlər.

Keçidlər