Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələdə 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş tədbir keçirilmişdir.

31 mart 2015 | 15:00

Qəbələ Mədəniyyət Mərkəzində 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş tədbir keçirilmişdir. Tədbiri Qəbələ Rayon İcra Hakimiyyətinin başçısının müavini Ətayə Osmanova açmışdır. Azərbaycanlılara qarşı 31 mart 1918-ci ildə və sonrakı dövrlərdə törədilmiş soyqırımların qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Cıxışlarda iki yüz ilə yaxın bir dövrdə erməni millətçiləri tərəfindən Azərbaycan xalqına qarşı həyata keçirilmiş soyqırımlar tariximizin faciəli səhifəsi kimi qiymətləndirmiş, törədilmiş qırğınlar nəticəsində yüz minlərlə soydaşımızın qətlə yetirildiyi, terror və təcavüzlərə məruz qaldığı, doğma torpaqlarından deportasiya olunduğu və bu təcavüzkar siyasətin indi də məqsədyönlü şəkildə davam etdirildiyi bildirilmişdir. Natiqlər ümummilli liderimiz Heydər Əliyevin 1998-ci il 26 mart tarixli Fərmanı ilə azərbaycanlıların soyqırımına əsl hüquqi və siyasi qiymətin verildiyini vurğulamış, ermənilərin xalqımıza qarşı törətdikləri vəhşiliklərlə bağlı həqiqətlərin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması istiqamətində ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə görülən işlərin və həyata keçirilən tədbirlərin əhəmiyyətini xüsusi qeyd etmişlər.
Tədbir iştirakçıları erməni millətçilərinin azərbaycanlılara qarşı mərhələlərlə həyata keçirdikləri etnik təmizləmə və soyqırımı siyasətini pisləyərək, dünyanın nüfuzlu beynəlxalq təşkilatları tərəfindən azərbaycanlıların soyqırımına hüquqi və siyasi qiymətin verilməsi və ikili münasibətlərə son qoyulması fikirlərini səsləndirmişlər.

Keçidlər