Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələdə çoxmübarizəli idman növləri üzrə açıq xatirə turniri keçirilmişdir.

01 aprel 2015 | 15:00

Qəbələ Rayon Gənclər və İdman idarəsi tərəfindən “31 Mart–Azərbaycanlıların Soqırım Günü” ilə əlaqədar Vəndam qəsəbəsində çoxmübarizəli İdman döyüş növləri üzrə açıq xatirə turniri keçirilmişdir.
Turnirin açılışnda rayon Gənclər və İdman idarəsinin rəisi Fəxri Soltanov çıxış edərək yarışın məqsəd və vəzifələri haqqında məlumat vermişdir. Sonra soyqırımda həlak olan azərbaycanlıların xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Açılış mərasimindən sonra yarış başlamış və tatami 16 çəki dərəcəsində, 6 yaş qrupu üzrə idmançıların ixtiyarına verilmişdir. Xatirə turnirində 80-dək idmançı gərgin mübarizə aparmışdır.
Xatirə turnirinin yekununda rayon gənclər və idman idarəsi tərəfindən hər çəki dərəcəsində I, II, III yeri tutmuş idmançılar diplom və medallarla təltif olunmuşlar.

Keçidlər