Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Yeni Azərbaycan Partiyası Qəbələ Rayon Təşkilatı Gənclər Birliyinin IV konfransı olmuşdur.

02 aprel 2015 | 15:00

Aprel ayının 2-də Yeni Azərbaycan Partiyası Qəbələ Rayon Təşkilatı Gənclər Birliyinin konfransı keçirilmişdir. Konfrans iştirakçıları öncə Yeni Azərbaycan Partiyasının yaradıcısı, gənclərin böuük dostu və hamisi olmuş, ümummilli lider Heydər Əliyevin Qəbələ şəhərinin mərkəzində ucaldılmış abidəsi önünə gül-çiçək dəstələri düzmüş, dahi rəhbərin xatirəsini
ehtiramla yad etmişlər.
Rayon Mədəniyyət Mərkəzində keçirilən konfransı giriş sözü ilə Yeni Azərbaycan Partiyası Qəbələ Rayon Təşkilatının sədri Abil Ağasəfov açmışdır. Rayon təşkilatının sədri Yeni Azərbaycan Partiyasının ölkəmizin ictimai-siyasi həyatındakı fəal rolundan, gənclərin partiya işindəki mövqeyindən danışmışdır.
Sonra konfrans iştirakçılarını təbrik etmək üçün söz Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı cənab Səbuhi Abdullayevə verilmişdir. Təbrik nitqində rayon rəhbəri Azərbaycanın çağdaş tarixinin ən narahat və təlatümlü dövründə ümummilli liderimiz Heydər Əliyev tərəfindən yaradılan Yeni Azərbaycan Partiyasının fəaliyyət göstərdiyi illər ərzində çox zəngin bir həyat yolu keçdiyini, özünü ölkənin siyasi taleyində həlledici rol oynamaq qüdrətinə malik olan vahid siyasi qüvvə kimi təsdiq etdiyini vurğulamışdır. Natiq üzvlərinin əksəriyyəti gənclərdən ibarət olan partiyanın həyata keçirdiyi düzgün siyasətinin nəicəsi olaraq ölkəmizdə, eləcə də Qəbələ rayonunda iqtisadiyyatın inkişaf etiyini, sosial şəraitin yaxşılaşdırıldığını, genişmiqyaslı quruculuq işlərinin aparıldığını qeyd etmişdir. Cənab Səbuhi Abdullayev bildirmişdir ki, partiyamızın Heydər Əliyev tərəfindən müəyyənləşdirilən siyasi kursunun uğurla həyata
keçirilməsi istiqamətində yorulmaz fəaliyyət göstərən, gənclərin böyük dostu və hamisi hörmətli Prezidentimiz möhtərəm İlham Əliyev kimi güclü və üzaqgörən lideri vardır.
Daha sonra təşkilatın keçən konfransından sonrakı fəaliyyəti barədə Gənclər Birliyinin sədri Ramil Qəribov  hesabat məruzəsi etmişdir. Hesabat məruzəsində respublikamızda gedən dinamik inkişafın mərkəzində ulu öndərimizin banisi olduğu Yeni Azərbaycan Partiyasının durduğu qeyd
olunmuş, eləcə də  onun Azərbaycan gəncliyinə göstərdiyi böyük qayğının ən bariz nümunələrindən biri kimi 1996-cı il fevralın 2-də Bakıda respublika gənclərinin birinci forumunun təşkil olunması və həmin forumun keçirildiyi 2 fevral tarixinin Azərbaycan Gəncləri Günü elan edildiyi fikrləri səsləndirilmişdir.
Məruzəçi bu gün həyatın bütün sahələri kimi,  gənclərə olan münasibətdə də ulu öndər Heydər Əliyev siyasətinin möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini,  fəaliyyətində daim gənclərə arxalanan ölkə başçısının onlara yüksək etimad göstərdiyini söyləmiş,  məhz onun sərəncamı ilə təsdiqlənmiş  “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının gənclər siyasətinin daha da inkişaf etdirilməsinə, gənc mütəxəssislərin işlə təminatına və digər sosial-iqtisadi problemlərin həllinə xidmət etdiyini demişdir.
Ramil Qəribov demişdir ki, 2300-ə qədər gənc YAP üzvünü birləşdirən Yeni Azərbaycan Partiyası Qəbələ Rayon Təşkilatının Gənclər Birliyi rayonun ictimai-siyasi və iqtisadi həyatında fəal iştirak edir, gənclərin asudə vaxtlarının səmərəli təşkili istiqamətində rayon gənclər və idman idarəsi, təhsil, mədəniyyət və turizm şöbələri ilə birgə tədbirlər keçirir, ümummilli lider Heydər Əliyevin irsinin təbliği ilə bağlı məşğələlər, dəyirmi masalar, tematik görüşlər təşkil edir.
Məruzə ətrafında çıxış edən gənc partiyaçılar birliyin fəaliyyətini qənaətbəxş qiymətləndirmiş, çalışdıqları sahələrdə görülən işlərdən ətraflı bəhs edərək, gənclərin fəallığının daha da yüksəldilməsi üçün təkliflərini vermişlər.
Konfransda Milli Məclisin deputatı, Respublika Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu, YAP Mərkəzi Aparatının məsul işçisi Emil Abbasov iştirak etmiş, Gənclər Birliyinin üzvlərini konfrans münasibətilə təbrik edərək, gənclərin qarşısında duran vəzifələrdən danışmışlar.
Konfrans YAP Qəbələ Rayon Təşkilatı Gənclər Birliyinin rəhbər orqanlarını-şura üzvlərini, idarə heyətini, sədrini və müavinini seçmişdir. Ağayev Namiq Tofiq oğlu Gənclər Birliyinin sədri seçilmişdir. YAP Gənclər Birliyi respublika konfransına nümayəndələr seçmiş, konfransın qətnaməsi qəbul olunmuşdur.
Konfrans nümayəndələri Azərbaycan Reapublikasının Prezidenti  möhtərəm cənab İlham Əliyevə müraciət qəbul etmişlər.
Yekunda bir sıra gənclər partiyanın ictimai-siyasi həyatında aktiv fəaliyyət göstərdiklərinə görə Fəxri Fərmanlarla təltif edilmiş, qiymətli hədiyyələrlə mükafatlandırılmışlar.
Konfrans işini başa çatdırmışdır.

Keçidlər