Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Yeniyetmələr arasında sərbəst güləş üzrə zona yarışı.

04 aprel 2015 | 15:00

Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə aprelin 1-dən 4-dək Qəbələdə sərbəst güləş üzrə 2001-2002-ci il təvəllüdlü yeniyetmələr arasında ölkə birinciliyinin zona yarışları keçirilmişdir.
Yarışın keçirilməsində məqsəd respublikada sərbəst güləş idman növünün inkişaf etdirilməsi, yeniyetmələrə sağlam həyat tərzinin aşılanması, respublikanın bölgələrində bədən tərbiyəsi və idmanın daha da inkişaf etdirilməsi və təbliğ olunması, həmçinin yeniyetmələrin idman ustalıqlarının artırılması, yığma komandalara namizədlərin hazırlanması və Olimpiya İdman Komplekslərindən səmərəli istifadə edilməsindən ibarətdir.
Yarışda UGİM, cəmiyyət, klub və Olimpiya İdman Komplekslərinin komandaları iştirak etmişlər. Yarışlar şəxsi xarakter daşıyır. Ölkə birinciliyinin zona mərhələsində respublikanın 16 şəhər və rayonundan 160-dək güləşçi 16 çəki dərəcəsində mübarizə aparmışdır.
Yarışın yekun nəticəsinə əsasən hər çəki dərəcəsində I, II və III yeri tutmuş güləşçilər Balakən rayonunda keçiriləcək final mərhələsinə lisenziya qazanmışlar.

Keçidlər