Heydər Əliyev Mərkəzində ümummilli liderin siyasi fəaliyyətinə həsr olunmuş dərslər davam etdirilir.
08 aprel 2015 | 15:00
Heydər Əliyev Mərkəzində “Ümummili lider Heydər Əliyevin ideyaları müasir Azərbaycanın sosial-iqtisadi inkişafının təminatçısıdır” mövzusunda dərs keçirilmişdir. Məşğələdə rayonun Mamaylı və Bayramkoxalı tam orta məktəblərinin 38 nəfər şagirdi iştirak etmişdir. Məşğələ prosesində şagirdlər ulu öndərin siyasi fəaliyyətinə dair ətraflı məlumatlar almış, mərkəzin ekspozisiya zalına baxış keçirmişlər.