Yeni tamaşa hazırlanmışdır.
Qəbələ Rayon Mədəniyyət Mərkəzində fəaliyyət göstərən İsmayıl Bəy Qutqaşınlı Adına Xalq Teatrında dramaturq Kamal Nemətin “Təzə xadimə” pyesi yeni quruluşda tamaşaya qoyulmuşdur.
Tamaşanın quruluşçu rejissoru Xəyal Gəncimov, rəssamı Malik Ağayev, musiqi tərtibatçısı Rəsul Hacıyev, səs operatoru Maqsud Kərimov və işıqçısı Süleyman Yaqubovdur. Rolları Xəyal Gəncimov, Afət Əliyeva, Elşən Salehov, Şəbnəm Kamallı, Zümrüd Yusifova, Şahanə Vəlizadə, Günel Vahabova, Tural Məsimov, Cahanə Əzizova və Fərid Aslanlı ifa etmişlər.
Yeni quruluşda səhnə təcəssümü tapan tamaşa xalq teatrının yaradılmasında və inkişafında böyük xidmətləri olmuş teatrın mərhum aktyoru Kamal Osmanlının xatlrəsinə həsr olunmuşdur.
Mədəniyyət mərkəzindən verilən məlumata görə teatrda bu ənənənin davam etdiriləcəyi, vaxtilə teatrda çalışmış, hazırlanan tamaşalarda uğurla çıxış etmiş hər bir aktyorun və rejissorun əziz xatirəsinə həsr olunan yeni-yeni səhnə əsərlərinin tamaşaya qoyulacağı nəzərdə tutulmuşdur.
Geniş tamaşaçı kütləsi üçün hazırlanan səhnə əsərinin aprelin 15-də premierası olmuş və əsər tamaşaçılarda xoş təəssürat yaratmışdır.