Rayon icra hakimiyyətində Qəbələnin sosial-iqtisadi inkişafına dair geniş müşavirə keçirilmişdir.
Aprel ayının 17-də rayon icra hakimiyyətində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclası ilə əlaqədar həmin dövrdə Qəbələ rayonunda görülmüş işlər və qarşıda duran vəzifələrə dair geniş müşavirə keçirilmişdir.
Müşavirəyə rayon icra hakimiyyəti başçısı yanında şuranın üzvləri, şəhər, qəsəbə və kənd inzibati ərazi nümayəndələri, idarə, müəssisə və təşkilat rəhbərləri və bələdiyyə sədrləri dəvət olunmuşdular.
Müşavirəni rayon icra hakimiyyətinin başçısı cənab Səbuhi Abdullayev açaraq, 2015-ci ilin birinci rübündə Qəbələ rayonunda görülmüş işlər və qarşıda duran vəzifələrə dair geniş hesabat məruzəsi etmişdir.
Hesabat məruzəsi ətrafında 10 saylı Ərazi Vergilər İdarəsi rəisinin müavini Elbrus Abdullayev, rayon mədəniyyət və turizm şöbəsinin müdiri Nargilə Qafarova və Abrıx kənd tam orta məktəbinin direktoru Natiq Zəkəriyyəyev çıxış etmişlər.
Müşavirənin sonunda 2015-ci ildə sosial-iqtisadi sahədə qarşıda duran vəzifələrə dair müvafiq qərar qəbul edilmişdir.
Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı cənab Səbuhi Abdullayev müşavırəni yekunlaşdırmışdır.