Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

TQDK-nin sədri Məleykə Abbaszadə Qəbələdə bölgə vətəndaşlarını qəbul etmişdir.

25 aprel 2015 | 06:00

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirir, onların müxtəlif məsələlərlə bağlı müraciətlərinin, ərizə və şikayətlərinin müsbət həll olunması üçün müvafiq tədbirlər görürlər. Aprelin 24-də Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Qəbələ rayonunda vətəndaşları qəbul etmişdir. Qəbulda Qəbələ, İsmayıllı, Şamaxı və Şəkidən olan sakinlər və bu rayonlarda məskunlaşmış qaçqın və məcburi köçkünlər iştirak etmişlər.
Görüş zamanı edilən müraciətlərin əksəriyyəti təhsil və təlim-tərbiyə sahəsindəki məsələlərlə bağlı olmuşdur. Vətəndaşların müraciəti əsasən ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul, bir ali təhsil müəssisəsindən digərinə köçürülmə, qabiliyyət tələb edən ixtisaslara qəbul, təhsil haqqı, işə qəbul, qaçqın və məcburi köçkün abituriyentlərə, tələbələrə təhsil sahəsində güzəştlər və digər məsələlərlə bağlı olmuşdur. Müraciətlərin araşdırılması və həll edilməsi üçün qeydiyyatı aparılmış, komissiyanın səlahiyyətlərinə aid olmayan müraciətlərin aidiyyəti qurumlara çatdırılacağı vətəndaşlara bildirilmişdir.
Qeydiyyatdan keçənlərlə yanaşı görüş zamanı birbaşa müraciət edən vətəndaşlar da TQDK-nın sədri Məleykə Abbaszadə tərəfindən dinlənilmiş və onların müraciətlərinin həlli üçün müvafiq tədbirlər görülmüşdür.

Keçidlər