Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələ Peşə Məktəbində “Dini tolerantlığa münasibətiniz” mövzusunda dəyirmi masa keçirilmişdir.

26 aprel 2015 | 02:00

Tədbir iştirakçıları tərəfindən XX əsrin sonunda ikinci dəfə öz müstəqilliyini elan edən ölkəmizdə  bütün stereotiplərin sındırıldığı və təkcə dövləti anlamda deyil, həm də mənəvi sferada  azadlığın əldə edildiyi və ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra isə bu münasibətlərin daha da yaxşılaşdılrıldığı səsləndirilmişdir.  Çıxış edənlər Azərbaycanda
tarixən heç vaxt milli və dini zəmində ayrıseçkiliyin və qarşıdurmanın baş vermədiyini, qarşılıqlı etimada və hörmətə əsaslanan tolerantlığın və dözümlülüyün cəmiyyətimizi səciyyələndirdiyini və gözəl  ənənələrin yarandığını vurğulamışlar.
Bildirilmişdir ki, Azərbaycan müxtəlif millətlərə və dinlərə məxsus insanların birgə, mehriban yaşadığı bir ölkəyə, şərqlə qərb, qərblə islam dünyası arasında, eləcə də xalqlar, mədəniyyətlər və sivilizasiyalararası körpüyə çevrilmişdir. Ölkə başçısı cənab İlham Əliyevin bu sahəyə göstərdiyi xüsusi diqqətin sayəsində son illər Azərbaycanda dini tolerantlıq mövzusunda bir sıra iri həcmli beynəlxalq tədbirlərin keçirildiyi və unikal tolerantlıq modelinin yaradıldığı nəzərə çatdırılmışdır.

Keçidlər