Görkəmli alimin doğum günü qeyd olunmuşdur.
Heydər Əliyev Mərkəzində YAP Qəbələ Rayon Təşkilatının Qadınlar Şurası görkəmli elm xadimi, akademik Zərifə Əliyevanın anadan olmasının 92-ci ildönümü münasibətilə tədbir keçirmişdir. Tədbirdə rayonun ictamai siyasi həyatında fəal iştirak edən ziyalılar və partiya təşkilatı Qadınlar Şurasının üzvləri iştirak etmişlər.
Tədbiri girş sözü ilə Qadınlar Şurasının sədri Arifə Bayramova açaraq, görkəmli alim akademik Zərifə xanım Əliyevanın həyatı və elmi fəaliyyəti haqqında ətraflı məlumat vermiş, onun tibb elminin inkişafına göstərdiyi xidmətləri tədbir iştirakçılarının diqqətinə çatdırmışdır. Neçə-neçə insanın gözünə nur gətirmiş, peşəsinə hədsiz məhəbbəti ilə seçilən alimin bir çox monoqrafiyalarının bu gün oftolmoloqların stolüstü kitabına çevrildiyini vurğulamışdır.
Natiq Zərifə xanıma həkim kimi fədakarlığının, yüksək vətəndaşlıq məsuliyyətinin, səmimiliyi və qayğıkeşliyinin, insanlara və onların problemlərinə göstərdiyi diqqətin, fəal həyat mövqeyinin, həmkarlarının, yetirmələrinin və xəstələrinin ona dərin hörmətini qazandırdığını qeyd etmişdir.
Çıxış edənlər akademik Zərifə Əliyevanın alim kimi Azərbaycan səhiyyəsinin inkişafında qazandığı böyük uğurlardan danışmışlar.
Tədbirin sonunda böyük alimin elmi fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş etdirilmişdir.