Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

"Dənli və texniki bitkilərin, meşələrin yanğın təhlükəsizliyi" mövzusunda regional seminar-müşavirə.

06 may 2015 | 15:00

Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin Şimal-Qərb Regional Dövlət Yanğın Nəzarəti İdarəsi Qəbələ Mədəniyyət Mərkəzində “Dənli və texniki bitkilərin, meşələrin yanğın təhlükəsizliyi” mövzusunda regional seminar-müşavirə keçirmişdir.Seminar- müşavirəni giriş sözü ilə Qəbələ Rayon İcra Hakimiyyətinin məsul işçisi Rahib Əhmədov açmışdır. Respublikamızın Şimal-Qərb bölgəsini əhatə edən rayonların (Şamaxı, Ağsu, İsmayıllı, Qəbələ, Ağdaş, Oğuz, Şəki, Qax, Zaqatala və Balakən) bələdiyyə, fermer təsərrüfatı, texniki nəzarət müfəttişliyi, meşə mühafizəsi və bərpası müəssisələri, "Aqrolizinq" Açıq Səhmdar Cəmiyyəti nümayəndələrinin iştirak etdiyi tədbirdə dənli və texniki bitkilərin yığılması, daşınması, saxlanması və emalı dövründə, eləcə də meşələrin yanğın təhlükəsizliyinin təmin olunması ilə əlaqədar qarşıda duran vəzifələr müzakirə  olunmuş, "Yanğın təhlükəsizliyi haqqında" Azərbaycan Respublikası Qanununun yanğın təhlükəsizliyinin təmin olunması üçün məsuliyyət daşıyan rəhbər şəxslər, kənd təsərrüfatı əməkçiləri, vətəndaşlar qarşısında qoyduğu vəzifələr barədə fikir mübadiləsi aparılmışdır. Seminarda yanğına qarşı təbliğat işinə də geniş yer verilmiş, bu mövzuda məruzələr dinlənilmişdir. Şimal-Qərb Regional DYNİ-nin rəisi daxili xidmət mayoru Qüdrət Əzimov və Dövlət Yanğın Nəzarəti Xidmətinin  Yanğına qarşı təbliğat şöbəsinin böyük təlimatçısı Elnur Hacıbabayev  müzakirə edilən məsələlər barədə məruzə etmişlər.Məruzə ətrafında verilən suallar cavablandırılmışdır. Seminar-müşavirə iştirakçılarına  yanğın təhlükəsizliyinə  aid broşürlər və əyani vəsaitlər paylanılmış, mövzuya dair videoçarx nümayiş etdirilmişdir.

Keçidlər