Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Dahi şəxsiyyət yad edilmişdir.

08 may 2015 | 06:00

Müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı, dahi şəxsiyyət ulu öndər Heydər Əliyevin müasir tariximizin parlaq və silinməz səhifələrini təşkil edən, vətən və xalq qarşısında misilsiz xidmətləri ölkəmizin hər yerində, eləcə də rayonumuzun bütün əmək kollektivlərində  geniş qeyd
olunur. Ümumilli liderin anadan olmasının 92-ci ildönümü Qəbələ Peşə Məktəbində də qeyd edilmişdir. Tədbirdə ulu öndərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş,  dahi şəxsiyyətin azərbaycan və azərbaycançılıq naminə keçdiyi şərəfli yol toplantı iştirakçıları tərəfindən bir daha anılmışdır.
Mərasimdə məktəbin müəllimləri və şagirdləri çıxış edərək bu qeyri-adi şəxsiyyətin möhkəm iradəsinin, uzaqgörən siyasətinin nəticəsi kimi bu gün azad, müstəqil bir ölkədə yaşadıqlarını, dövlətimizin siyasi uğurlarının, qələbələrinin günbəgün artdığını vurğulamışlar. Onlar bildirmişlər ki, bu gün hər bir azərbaycanlının müqəddəs borcu Heydər Əliyevdən miras qalan müstəqil Azərbaycanı qoruyub saxlamaq, dövlətçiliyimizi inkişaf etdirməkdir.

Keçidlər