Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

"Tour d'Azerbaidjan-2015" beynalxalq veloyürüşünün üçüncü mərhələsinə Qəbələ şəhərində start verilmişdir.

08 may 2015 | 15:00

Mayın 8-də Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin, Milli Olimpiya Komitəsi və Beynəlxalq Velosipedçilər İttifaqının dəstəyi ilə Azərbaycan Velosiped İdmanı Federasiyası tərəfindən təşkil olunan  Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş 5 mərhələdən ibarət "Tour d'Azerbaidjan-2015" beynəlxalq velosiped turunun  III mərhələsinə start verilmişdir.
Qəbələ Rayon İcra Hakimiyyətinin qarşısından start götürən və 24 ölkəni təmsil edən 25 komanda “Qəbələ-Oğuz-Şəki-Oğuz-Qəbələ” marşurutu üzrə 177,2 kilometr məsafəni qət etmişdir.Finiş xəttinə Böyük Britaniya velosipedçisi Coşua Tomas Edmondson  birinci çataraq qalib adını qazanmışdır.O məsafəni 4 saat 7 dəqiqə 28 saniyyəyə qət etmişdir. İkinci yeri Sloveniya klubundan olan Marko Kump, üçüncü yeri isə Azərbaycanın “Synerqy Baku” komandasının üzvü Matey Muqerli tutmuşdur.”Synerqy Baku”nun daha bir üzvü Aleksandr Surutkoviç dağ kralı olduğu üçün qırmızı, Primoş Roqliç ötən mərhələnin lideri olduğu üçün göy, ən gənc qalib Frantişek Sisr isə bənövşəyi köynəyə sahib olmuşdur.
Daha sonra “Tour d`Azerbaidjan-2015” beynəlxalq veloturunun üçüncü mərhələsinin yekunlarına görə, qaliblərin mükafatlandırılması mərasimi keçirilmişdir. İdmançılara mükafatları veloyürüşün təşkilat komitəsinin başçısı, Azərbaycan Velosiped İdmanı Federasiyasının vitse-prezidenti Sahib Ələkbərov və Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı cənab Səbuhi Abdullayev təqdim etmişdir.

Keçidlər