Qəbələ Mədəniyyət Mərkəzində faşizm üzərində qələbənin 70-ci ildönümünə həsr olunmuş tədbir keçirilmişdir.
Tədbiri giriş sözü ilə Qəbələ rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Nargilə Qafarova açaraq, İkinci Dünya Müharibəsinin bəşəriyyət üçün ən ağır və dəhşətli faciə olduğunu, faşizmin bütün dünyanı təhlükə altına aldığını bildirmişdir. Tədbirdə Qəbələ Rayon Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Xalis Məmmədov "İkinci Dünya Müharibəsi -bəşəriyyətin faşizmə qarşı mübarizə tarixidir" mövzusunda məruzə oxumuşdur. Mövzu ətrafında cıxış edənlər azərbaycanlıların ikinci dünya müharibəsində göstərdikləri igidliklərdən, Bakı neftinin qələbənin əldə edilməsi sahəsindəki rolundan, Azərbaycanın ədəbiyyat və incəsənət xadimlərinin müharibə illərindəki yaradıcılıq nümunələrindən və qələbənin qazanılması üçün xalqımızın verdiyi töhfələrdən danışmışlar. Sonda faşızm üzərində qələbənin 70 illiyinə həsr olunmuş ədəbi-bədii kompozisiya nümayiş etdirilmişdir.