Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü geniş qeyd edilmişdir.

10 may 2015 | 15:00

Qəbələdə ulu öndərin anadan olmasının 92-ci ildönümü münasibəti ilə gül bayramı keçirilmişdir. Tədbirdə iştirak edən Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı cənab Səbuhi Abdullayev Heydər Əliyev Parkında ucaldılmış ümummilli liderin abidəsi önünə tər çiçəklər düzərək, dahi şəxsiyyətin işıqlı xatirəsinə dərin ehtiramını bildirmişdir. Sonra rayonun idarə, təşkilat və müəssisələrinin əmək kollektivləri, qəbələ ictimaiyyəti dəstə-dəstə abidənin önündən keçərək bu müqəddəs məkana gül qoymuş Heydər Əliyevin əziz xatirəsini yad etmişlər. Tədbir iştirakçıları daha sonra parkda təşkil olunmuş gül bayramına qatılmışlar.

Keçidlər