Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Maarifləndirici tədbir keçirilmişdir.

15 may 2015 | 15:00

Azərbaycan Respublikası Prerzidenti Yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının və “Könüllü Gənclər” İctimai Birliyinin təşkilatçılığı ilə Qəbələdə Qeyri-Hökumət Təşkilatlarının Təlim və Resurs Mərkəzində “Gənclər arasında karyera qurma və peşə seçimi istiqamətində maarifləndirici tədbirlərin həyata keçirilməsi” layihəsi çərçivəsində seminar-müşavirə təşkil olunmuşdur.
Tədbirdə ictimai birliyin fəaliyyəti və layihə haqqında iştirakçılara ətraflı məlumat verilmiş, təlimin əhəmiyyəti onların diqqətinə çatdırılmışdır.
Sonra peşə seçimi və karyera, insan həyatında işin önəmi və yeri, peşə seçimi nədir və nə üçün önəmlidir, CV-lərin hazırlanması, iş yerlərinə müraciət və özünü təqdimetmə, gənclərin komanda şəklində işləməsi və işgüzarlıq keyfiyyətləri və s.mövzularda söhbətlər aparılmışdır.
Yekunda iştirakçıları maraqlandıran mövzular müzakirə edilmişdir.

Keçidlər