Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

“Mədəni dialoq: etnik ənənələr və müasirlik” adlı layihə çərçivəsində konfrans.

19 may 2015 | 03:00

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi, “Kainat” Gənclik Mərkəzinin təşkilatçılığı ilə mayın 17-də Qəbələ Mədəniyyət Mərkəzində “Mədəni dialoq: etnik ənənələr və müasirlik” mövzusunda konfrans keçirilmişdir. Tədbirdə Qəbələ, Qax, Balakən və İsmayıllı rayonundan olan etnik xalqların təmsilçiləri, fəal gənclər və ictimaiyyət nümüyəndələri iştirak etmişdir. Tədbirdə Qəbələ Rayon Gənclər və İdman İdarəsinin rəisi Fəxri Soltanov, “Kainat” Gənclik Mərkəzinin direktoru Rahib Rəsulzadə və layihənin rəhbəri Nərgiz Məmmədzadə çıxış edərək birgə yaşayış modelinin və mədəniyyətlərarası dialoqun təbliği, radikalizm, separatizm və qeyri-ənənəvi inanclara qarşı mübarizədə müxtəlif etnik qrupları təmsil edən gənclərin birləşdirilməsi və multikulturalizm həmrəyliyinə nail oldunması istiqamətində görülən işlərdən danışmışlar. Konfransda Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin nümüyəndəsi Gündüz Paşayev və Qafqaz Müsəlmanları İdarəsinin əməkdaşı Ceyhun Rüstəmov ekspert qismində iştirak etmiş, dini dözümlülük, tolerantlıq, multikulturalizm sahəsində Azərbaycanda aparılan maarifləndirmə işlərinin müstəsna əhəmmiyyətindən danışmışlar. Diskusiya şəklində təşkil edilən konfransda maraqlı təkliflər və fikirlər əsasında qərar layihəsi qəbul olunmuşdur. Sonda gəncləri maraqlandıran suallar ətraflı cavablandırılmışdır.

Keçidlər