Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələyə gələn turistlərin sayı ildən-ilə artmaqdadır.

24 may 2015 | 15:00

Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi və “Gilan turizm” şirkətinin təşkilatçılığı ilə Qəbələdə infotur keçirilmişdir. “Qafqaz” hotellər şəbəkəsi və Qəbələ turlarının təqdimatı məqsədilə təşkil olunan səfərdə yerli turizm şirkətləri və media nümayəndələri iştirak etmişlər. Tur iştirakçılarına rayonun turizm potensialı, mövcud turizm marşrutları, Qəbələdə yaradılan yeni turizm obyektləri, “Qafqaz” hotellər şəbəkəsi barədə ətraflı məlumat verilmiş, əsrarəngiz təbiəti, zəngin tarixi-mədəni irsi ilə tanınan rayonda müasir səviyyəli geniş turizm infrastrukturunun yaradıldığı bildirilmişdir. Qeyd olunmuşdur ki, bu gün müxtəlif beynəlxalq mədəni, siyasi və ictimai tədbirlərin keçirildiyi məkana çevrilən Qəbələ Azərbaycan turizminin inkişaf etdiyi əsas bölgələrdən biridir. İnfotur iştirakçıları Heydər Əliyev Konqres Mərkəzi, “Qafqaz Hotellər Şəbəkəsi”nə daxil olan - “Qafqaz Yeddi Gözəl”, “Qafqaz Yengicə İstisu” sanatoriyaları, “Qafqaz Sport Hotel”, “Qafqaz Karvansaray Hotel”, “Qafqaz Riverside Hotel”, “Qafqaz Resort Hotel”ləri, Tufandağ Qış-Yay İstirahət Kompleksi, “Qəbələnd” İstirahət Mərkəzi, “Qabala Shooting Club” ilə tanış olmuşlar.

Keçidlər