“28 May – Respublika Günü”nə həsr edilmiş bilik yarışı.
Qəbələ Gənclər və İdman İdarəsi rayon təhsil şöbəsiı ilə birlikdə şəhərdəki ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdləri arasında “28 May –Respublika Günü”nə həsr olunmuş bilik yarışı keçirmişdir. Azərbaycan dili, ədəbiyyat, tarix, riyaziyyat, həndəsə, coğrafiya, fizika, biologiya, kimya fənləri üzrə keçirilən həmin yarışda əsasnaməyə uyğun olaraq şəhər məktəblərinin şagirdləri komanda şəklində iştirak etmişlər. Münsiflər heyəti tərəfindən hazırlanan sualları komandanın üzvlərindən biri yazılı şəkildə cavablandırmışdır. Yarışda şəhər 2 saylı tam orta məktəbin komandası I yerə, şəhər 3 saylı tam orta məktəbin komandası II yerə və şəhər 1 saylı tam orta məktəbin komandası III yerə layiq görülmüşdür. Yarışın yekununda qalib gəlmiş (I, II, III yerləri tutmuş) və fərqlənmiş komandalara diplom və xatirə hədiyyələri təqdim olunmuşdur.