Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələdə “Məzun günü” kecirilmişdir.

30 may 2015 | 05:00

Mayın 29-da Qəbələ rayonunun 65 orta ümumtəhsil məktəbində “Məzun günü” mərasimləri keçirilmişdir. Mərasimlərdə 1458 məzun üçün məktəb həyatının son, müstəqil həyatın ilk zəngi çalınıb. Onbirincilərin şərəfinə məktəblərdə keçirilən bayram tədbirlərində rayon icra hakimiyyətinin, təhsil şöbəsinin rəhbər şəxsləri, müəllimlər və valideynlər iştirak etmişlər. Son zəng tədbirlərində bildirilmişdir ki, ötən il rayonun abituriyentləri ali məktəblərə qəbulun səviyyəsinə görə respublikada ön sıralardan birini tutmuşlar. Bu nailiyyəti daha da artırmaq üçün məzunlardan yüksək əzmkarlıq tələb olunur. Bayram tədbirlərində birinci və on birinci sinif şagirdləri bir-birilərinə gül dəstələri və hədiyyələr təqdim etmişlər. Xatırladaq ki, ötən il rayonun orta məktəblərini bitirən 1374 məzundan 458 nəfəri ali məktəblərə qəbul olunmuş, onlardan 27 nəfəri 600-dən yuxarı bal toplamışdır.

Keçidlər