Misir Ərəb Respublikasının Şarm Əl-Şeyx və Azərbaycan Respublikasının Qəbələ şəhərləri arasında dostluq və əməkdaşlıq Sazişi imzalanmışdır.
27 may 2015 | 15:00
Misir Ərəb Respublikasının cənubi Sinay vilayətinin qubernatoru general Xalid Fodanın rəhbərlik etdiyi nümayəndə heyəti Qəbələ rayonuna səfər etmişdir.
Səfər çərçivəsində Qəbələ Mədəniyyət Mərkəzində Xalid Fodanın başçılıq etdiyi nümayəndə heyəti və Qəbələ rayon icra hakimiyyəti başçısı tərəfindən Azərbaycan Respublikasının Qəbələ və Misir Ərəb Respublikasının Şarm Əl-Şeyx şəhərləri arasında dostluq, əməkdaşlıq və qarşılıqlı anlaşmanı gücləndirmək niyyəti ilə əlaqədar saziş imzalanmışdır.Tərəflər onları maraqlandıran məsələləri də müzakirə etmişlər.