Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

“Gənc xilasedici və yanğınsöndürən”lərin zona birinciliyi.

04 iyun 2015 | 05:00

Azərbaycan Respublikası  Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı, Təhsil, Gənclər və İdman nazirliklərinin dəstəyi ilə  FHN-nin yaradılmasının 10 illiyinə həsr olunmuş “Gənc xilasedici və yanğınsöndürən”lərin Qəbələdə  zona birinciliyinin keçirilməsinə başlanılmışdır. Birincilikdə Qobustan, Ağsu, Şamaxı, İsmayıllı, Qəbələ , Oğuz, Şəki, Qax, Zaqatala və Balakən rayonlarından olan məktəblilər iştirak edirlər. Komandalar şərti olaraq yük avtomobillərində və yaşayış evlərində baş verən yanğının söndürülməsi əməliyyatının uğurla başa vurulması, qısa vaxt ərzində yanğının dəf edilməsi və insanların müxtəlif vasitələrin köməyi ilə xilas edilməsi istiqamətində bacarıqlarını nümayiş etdirəcəklər. Tədbirə ümumilkdə 150 nəfərə qədər iştirakçı qatılmışdır.

Keçidlər