Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

FHN-in Şimal-Qərb Regional Mərkəzi müşavirə keçirmişdir.

05 iyun 2015 | 03:30

Fövqəladə Hallar Nazirliyinin Şimal-Qərb Regional Mərkəzi və Dövlət Sularda Xilasetmə Xidmətinin Qəbələ Sularda Xilasetmə Məntəqəsinin birgə təşkilatçılığı ilə Qəbələ Rayon İcra Hakimiyyətinin inzibati binasında “Su hövzələrində insanların təhlükəsizliyinin təmin edilməsi, mövcud problemlərin müzakirəsi və birgə həlli yolları” mövzusunda müşavirə keçirilmişdir. Müşavirədə rayon icra hakimiyyətinin, polis şöbəsinin əməkdaşları, səhiyyə işçiləri, qəsəbə və kəndlərin icra nümayəndələri, bələdiyyə sədrləri və gigiyena epidemiologiya mərkəzinin mütəxəssisləri iştirak etmişlər. Tədbirdə Qəbələ Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Abil Ağasəfov və Dövlət Sularda Xilasetmə Xidmətinin zabitləri su hövzələrində insanların təhlükəsizliyinin təmin olunması, təhlükəli hadisələr zamanı insanların axtarışının və xilasının səmərəli şəkildə təşkili istiqamətində məqsədyönlü işlərin daim davam etdirilməsi, baş verə biləcək hadisələrin qarşısının alınmasında təbliğatın rolu, yay çimərlik mövsümündə su hövzələrində insanların təhlükəsizliyinin qorunması, ümumi təhlükəsizlik qaydaları, “112” qaynar telefon xəttinin funksiyası və s. mövzularda çıxışlar etmişlər. Daha sonra Fövqəladə Hallar Nazirliyinin fəaliyyət istiqamətləri, strukturu və su hövzələrində istirahət zamanı təhlükəsizlik qaydalarının gözlənilməsinə dair sənədli film izlənilmişdir. Tədbirin sonunda müşavirə iştirakçılarına çimərlik ərazilərində təhlükəsizlik qaydaları haqqında bukletlər paylanılmış, onları maraqlandıran suallar cavablandırılmışdır.

Keçidlər