Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələ Müalicə Diaqnostika Mərkəzində qanvermə aksiyası keçirilmişdir.

06 iyun 2015 | 01:00

Ölkəmizdə talassemiyalı və hemofiliyalı xəstələrə daim dövlət qayğısı göstərilir. Hətta Respublikamızda talassemiya ilə mübarizəyə dair 2015-2020-ci illər üçün Dövlət Proqramı  qəbul edilmişdir. Hazırda qeyd olunan Proqramın icrası ilə əlaqədar yerlərdə müvafiq tədbirlər həyata  keçirilir.
Növbəti belə tədbirlərdən biri Qəbələ şəhərində, Qəbələ Müalicə Diaqnostika Mərkəzində keçirilmişdir. Müalicə Diaqnostika Mərkəzinin təşkilatçılığı ilə “Talassemiyasız həyat naminə” başlıqlı layihə çərçivəsində keçirilən tədbirdə B.Ə.Eyvazov adına Respublika Elmi-Tədqiqat Hemotologiya və Transfiziologiya İnstitutunun nəzdində fəaliyyət göstərən  Mərkəzi Qan Bankının həkim briqadası gün ərzində mərkəzdə qanvermə aksiyasının mütəşəkkil keçirilməsi işini təşkil etmişlər.
Rayonun idarə və müəsisələrinin əmək kollektivləri tədbirdə mütəşəkkil iştirak etmiş, 170 nəfərdən çox vətəndaş qanvermə aksiyasına qoşulmuşdur.

Keçidlər