Məlumatlandırma sessiyası təşkil olunmuşdur.
06 iyun 2015 | 15:00
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının təşkilatçılığı ilə Qəbələ Regional QHT-lərin Resurs və Təlim Mərkəzində Oğuz, Mingəçevir, Şəki, Qəbələ və Zaqatala QHT-ləri üçün məlumatlandırma sessiyası təşkil olunmuşdur.
Müzakirələrdə region QHT-ləri, onların həyata keçirdiyi layihələrin icrası vəziyyəti, hesabatlılıq, ictimaiyyətlə əlaqələrin qurulması, müsbət təcrübələr və onların yayılması mexanizmləri barədə fikir mübadiləsi aparılmışdır.