Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Hazırlıq işləri başa çatdırılmışdır.

10 iyun 2015 | 15:00

İsti yay aylarında Qəbələ rayonu gözəl təbiətinə, sıx meşələrinə, soyuq bulaqlarına, mənzərəli çay və göllərinə, həmçinin müasir turizm infrastrukturuna görə yerli və xarici turistlər üçün daha cəlbedici olur. Qəbələnin turizm obyektlərində “Bakı-2015” birinci Avropa Oyunları ilə əlaqədar ölkəmizə çoxsaylı xarici qonaqların gələcəyi nəzərə alınaraq mühüm hazırlıq işləri görülmüşdür. Artıq Xorvatiya, Portuqaliya, Rusiya, BƏƏ və Türkiyədən birinci Avropa Oyunlarını izləmək üçün ölkəmizə gələn turistlər fürsətdən istifadə edərək, bu günlərdə Qəbələyə də üz tuturlar. Kanatla dağ gəzintisinə, atla səyahətə çıxmaq, göllərdə qayıq sürmək və balıq tutmaq, meşələrdə heyvan və quş ovlamaq barədə düşünənlərin arzusu Qəbələdə gerçəkləşir. Birinci Avropa Oyunları günlərində Qəbələyə gələcək yerli və xarici turistlərin istirahətinin təşkili üçün “Qafqaz Resorte”, “Qafqaz Riverside”, “Qafqaz Karvansaray”, “Qafqaz Yengicə Termal Hotel və SPA” və “Qafqaz Sport”, “Qəbələ City” və “Yeddi Gözəl” otellərində, “Qəbələnd” İstirahət və Əyləncə Mərkəzində yüksək şərait yaradılmışdır. Avropa Oyunları keçirilən günlərdə yerli və xarici turistlər Qəbələnin qədim tarixi, müasir şəhərsalma mədəniyyəti və ləziz mətbəxi ilə də yaxından tanış olmaq imkanı əldə edə biləcəklər. Qəbələdəki “Tufandağ” Qış-Yay Turizm İstirahət Kompleksi, Stend və Ox Atıcılığı Kompleksi, Çuxur Qəbələ kəndində yerləşən və 900 il Qafqaz Albaniyasının paytaxtı olmuş qədim Qəbələ şəhərinin qalıqları, Nic qəsəbəsindəki qədim “Cotari” alban kilsəsi, Vəndam qəsəbəsindəki “Yeddi gözəl” şəlaləsi, Qəbələ şəhərindəki “Beltman” Piano Fabriki, Qəbələ Tarix-Diyarşünaslıq Muzeyi turistlərin ən çox üz tutduqları yerlərdəndir. Həmçinin sıx meşəliyin əhatəsində və Dəmiraparan çayının sahilində yerləşən “Qəbələ-Xanlar” İstirahət Mərkəzində təqdim edilən milli mətbəx nümunələrimiz yerli və xarici turistlərin daha çox marağına səbəb olur. Hazırda rayonda fəaliyyət göstərən beş, dörd, üçulduzlu otellərdə və turizm- istirahət komplekslərində, gün ərzində 2500 qonağı qarşılamaq, onlara yüksək səviyyədə xidmət göstərmək mümkündür. Ötən il Qəbələyə 50 min 300-dən çox yerli və xarici turist gəlmişdir. Bu il isə turistlərin sayının daha da çox olacağı gözlənilir.

Keçidlər