Milli Qurtuluş Gününə həsr olunmuş silsilə tədbirlər keçirilir.
Qəbələdə 15 iyun-Milli Qurtuluş gününə həsr olunmuş silsilə tədbirlər keçirilir. Rayonun idarə, müəssisə və təşkilatlarında mövzuya dair dəyirmi masalar, yığıncaqlar və tematik toplantılar təşkil olunur, ulu öndərin Azərbaycan xalqı qarşısında göstərdiyi misilsiz xıdmətləri qeyd edilir. Mərkəzləşdirilmiş kitabxana sistemində, peşə məktəbində, turzm və otelçilik üzrə peşə tədris mərkəzində, təhsil, səhiyyə və mədəni-maarif ocaqlarında tədbirlər daha kütləvi keçirilmişdir. Bütün əmək kollektivlərində dövlətçiliyimizin inkişafı istiqamətində mühüm nailiyyətlərin əldə olunması sahəsində Heydər Əliyevin fədakar xidmətlərinin müstəsna əhəmiyyəti qeyd olunur, həyatını canından artıq sevdiyi xalqına, ölkəsinə həsr etmiş bu müdrik insanın müstəqilliyimizin və azadlığmızın memarı kimi tariximizin qızıl səhifəsinə yazıldığı vurğulanır.