Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Tibb işçilərinin peşə bayramı qeyd olunmuşdur.

18 iyun 2015 | 15:00

Rayonun səhiyyə işçiləri peşə bayramlarını qeyd etmişlər. Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin, daha sonra görkəmli oftalmoloq alim Zərifə Əliyevanın abidələri önünə gül dəstələri qoymuş, onların işıqlı xatirəsini dərin ehtiramla yad etmişlər. “Tufandağ” Otel Kompleksində davam edən tibb işçiləri günündə Azərbaycan Respublikası Prezidentinin 4 iyun 2001-ci il tarixli Sərancamına əsasən hər il 17 iyunun Azərbaycan Respublikasında tibb işçilərinin peşə bayramı günü kimi qeyd olunduğu diqqətə çatdırılmışdır. Ulu öndər Heydər Əliyev tərəfindən təsis edilən bu əlamətdar günün səhiyyə işçilərinə, onların fədakar əməyinə, eləcə də əhalinin sağlamlığınna göstərilən diqqət və qayğıların parlaq təzahürü kimi yaddaşlarda qaldığı vürğulanmışdır. Tədbirdə çıxış edən Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı cənab Səbuhi Abdullayev Azərbaycanın səhiyyə tarixinin inkişaf mərhələsini ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişi ilə əlaqələndirərək, hər sahədə olduğu kimi , səhiyyə sistemində də müsbət dəyişikliklərin baş verdiyini qeyd etmişdir. Həmçinin ölkə başçısı cənab İlham Əliyevin səhiyyə işçilərinə göstərdiyi diqqət və qayğıdan və bu qayğı nəticəsində son illər respublikamızda, eləcə də Qəbələ rayonunda səhiyyənin inkişafından, göstərilən tibbi xidmətin səviyyəsindən razılıq hissi ilə danışmışdır. Daha sonra çıxış edənlər son illər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə ölkəmizdə yeni-yeni səhiyyə və sağlamlıq ocaqlarının tikintisinə diqqətin artılırdığını və çox yüksək nəticələrin əldə edildiyini, bu istiqamətdə müvafiq dövlət proqramlarının uğurla həyata keçirildiyini dərin minnətdarlıq hissi ilə bildirmiş, dövlət başçısının göstərişi əsasında respublika əhalisinin, o cümlədən rayon sakinlərinin tibbi müayinədən keçirilməsini yüksək qiymətləndirmişlər. Tədbirdə rayonun səhiyyə işçiləri ölkə rəhbərliynin qayğı və tələblərinə cavab olaraq öz işlərini daha yüksək səviyyədə quracaqlarını, əhalinin sağlamlığı üçün əllərindən gələni əsirgəmiyəcəklərini bildirərək, ölkə başçısı cənab İlham Əliyevə və Heydər Əliyev Fondunun Prezidenti, Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyevaya Qəbələ səhiyyəsinə göstərdikləri xüsusi diqqət və qayğıya görə dərin minnətdarlıqlarını ifadə etmişlər.

Keçidlər