Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

“Narkomaniyaya yox deyək” mövzusunda dəyirmi masa keçirilmişdir.

19 iyun 2015 | 15:00

Qəbələ Mədəniyyət Mərkəzində rayon icra hakimiyyətinin Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə komissiyasının təşkilatçılığı ilə “Narkomaniyaya yox deyək” mövzusunda dəyirmi masa keçirilmişdir. Tədbirdə hüquq-mühafizə orqanlarının nümayəndələri, rayonun müxtəlif idarə və müəssisələrində çalışan fəal gənclər, həmçinin ictimaiyyət nümayəndələri iştirak etmişdir. Tədbiri giriş sözü ilə açan rayon komissiyanın üzvü Fəxri Soltanov dəyirmi masanın keçirilməsində məqsədin bəşəriyyət üçün faciəyə çevrilən narkomaniya və digər zərərli vərdişlərə qarşı mübarizədə hər kəsi fəal olmağa, ictimaiyyəti bu sahədə maarifləndirməyə səsləmək olduğunu bildirmişdir. Qəbələ Rayon Polis Şöbəsi rəisinin müavini Etibar Babayev çıxış edərək narkomaniyaya qarşı mübarizə sahəsində ölkə Prezidenti cənab İlham Əliyevin “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə üzrə Dövlət Proqram”ın icrası məqsədilə rayon polis şöbəsi tərəfindən görülən işlər haqında məlumat vermişdir. Sonra rayon gənclər və idman idarəsinin aparıcı məsləhətçisi Mübariz Ağayev zərəli vərdişlərin mənfi fəsadları barədə, onun həyatımıza və sağlamlığımıza təhlükə, mənəviyyatımıza və dinimizə zidd bir həyat tərzi olması barədə idarə tərəfindən gənclər arasında görülən işlərdən və keçirilən tədbirlərdən danışmışdır. Daha sonra rayon mərkəzi xəstəxanasının həkimi Sərxan Rüstəmov RMX-nın həkimləri tərəfindən əhali arasında “Narkomaniyaya yox deyək” mövzusunda səhiyyə maarifi işlərinin, söhbətlərin aparıldığını, mühazirələrin oxunduğunu və mətbuatda məqlələrin dərc edildiyini bildirmişdir. Qəbələ Rayon İcra Hakimiyyəti Yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Şükür Tahirov çxışında məktəblərdə uşaq və yeniyetmələr arasında narkotik vasitələrin və psixotrop maddələrin qeyri-qanuni dövriyyəsinə, onun insan orqanizminə vürduğu zərərli nəticələrə həsr olunmuş profilaktik tədbirlərin keçirilməsinə zərurət olduğunu bildirmiş, gənclərin kütləvi idman növlərinə cəlb edilməsinin daha böyük səmərə verəcəyindən söhbət açmışdır. Yekunda tədbir iştirakçılarına məlumatlandırıcı broşürlər və bukletlər paylanılmışdır. Tədbirin sonunda dəyirmi masa iştirakçılarının təklifləri dinlənilmiş və onları maraqlandıran suallara cavab verilmişdir.

Keçidlər