Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

“Çoxmübarizəli İdman Döyüş Növləri” üzrə Qəbələ Açıq Birinciliyi.

27 iyun 2015 | 15:00

Rayon gənclər və idman idarəsinin təşkilatçılığı ilə yeniyetmə və gənclər arasında “26 İyun–Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü”nə həsr edilmiş çoxmübarizəli idman döyüş növləri üzrə Qəbələ Açıq Birinciliyi keçirilmişdir.16 çəki dərəcəsində 6 yaş qrupu üzrə keçirilən birincilikdə Qəbələ, Bakı, Şəki, İsmayıllı, Ucar, Yevlax və İmişlini təmsil edən 120-dək idmançı gərgin mübarizə aparmışdır. İyunun 27-dək davam edən yarışın yekununda I yeri Qəbələ komandası, II yeri Şəki komandası və III yeri isə Yevlax komandası tutmuşdur. Qəbələ Rayon Gənclər və İdman İdarəsi tərəfindən hər çəki dərəcəsində I, II, III yeri tutmuş idmançılar diplom və medallarla təltif olunmuşlar.

Keçidlər