Azərbaycanı turnirdə təmsil edən "Qəbələ" komandası Gürcüstanın "Dinamo Tbilisi " komandasını qəbul edib.
09 iyul 2015 | 15:00
Qəbələ şəhər mərkəzi stadionunda, Avropa Liqasının I təsnifat mərhələsinin cavab oyunları çərçivəsində keçirilən Azərbaycanın “Qəbələ” və Gürcüstanın "Dinamo Tbilisi” komandaları arasında futbol oyunun birinci hissəsi qolsuz başa çatıb.
71-ci dəqiqədə gürcülər azlıqda qalıblar - Laşa Totadze qırmızı vərəqə alıb. 88-ci dəqiqədə gözlədiyimiz qol gəlib – futbolçulardan Asif Məmmədov fərqlənib. Son dəqiqədə isə Aleksey Antonov son nöqtəni qoyub - 2:0. İlk oyun 2:1 hesabı ilə gürcülərin xeyrinə başa çatdığından bu hesab "Qəbələ"ni növbəti mərhələyə yüksəldib.