Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Kənd təsərrüfatının inkişafı diqqət mərkəzindədir.

14 iyul 2015 | 06:00

Rayonun  kənd  təsərrüfatı sahəsində əhəmiyyətli dirçəliş  hiss olunur. Bu sahədə Azərbaycan Respublikası Prezidentinin “Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi haqqında”  Sərəncamı xüsusi əhəmiyyət kəsb edir. Qeyd olunan sərəncamın icrası ilə əlaqədar olaraq  rayonda 2014-cü ilin sonunda torpaq mülkiyyətçilərinə dövlət büdcəsinin vəsaiti hesabına  498551 manat yardım hesablanmış və həmin vəsait bu ilin I rübündə plastik kartlar vasitəsilə sahiblərinə çatdırılmışdır. Bundan  əlavə rayon komissiyası tərəfindən cari ilin iyun ayında rayonun 1729 nəfər torpaq mülkiyyətçisinə əkin sahələrinin becərilməsinə görə 1103442 manat yardım hesablanaraq sənədləri aidiyati üzrə Respublika Komissiyasına təqdim edilmişdir.
Rayonun iqtisadiyyatının əsasını  taxılçılıq təşkil edir və 2015-ci ilin məhsulu üçün  rayonda 21300 hektar sahədə payızlıq dənli bitkilər əkilmişdir ki, bunun da 14015  hektarını buğda, 7285  hektarını isə arpa sahələri təşkil etmişdir.  Ərazidə olan taxıl sahələri biçilmiş və 64645 ton məhsul istehsal olunmuşdur. Hər hektardan məhsuldarlıq 30,3 sentner təşkil etmişdir.         
Torpaq sahibləri tərəfindən  cari ilin məhsulu üçün,  1159 hektar kartof, 2097 hektar  tərəvəz əkilmişdir. İndiyədək həmin sahələrdən 148 ton kartof, 199 ton tərəvəz məhsulu toplanmışdır. Sahələrdən məhsul toplanışı davam edir.

Keçidlər