Qəbələli gənclər ordu sıralarına yola salınmışlar.
Azərbaycan vətəndaşlarının müddətli həqiqi hərbi xidmətə çağırılması ilə bağlı Azərbaycan Respublikası Prezidentinin imzaladığı müvafiq sərəncama əsasən, Qəbələ rayonunda həqiqi hərbi xidmətə gedən gənclərin yola salma mərasimi təşkil olunmuşdur.
Mərasimdə Səfərbərlik və Hərbi xidmətə çağrış üzrə dövlət xidməti rayon şöbəsinin əməkdaşları, rayon icra hakimiyyətinin nümayəndələri, valideyinlər və rayon ictimayətinin nümayəndələri iştirak ediblər.
Tədbir iştiraçıları ilk öncə şəhərin mərkəzində ucaldılmış Ümummilli Lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edərək abidəsi önünə gül dəstələri qoyublar.
Heydər Əliyev parkında təşkil olunan tədbirdə Azərbaycanın Dövlət Himni səsləndirildikdən sonra çıxış edən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qəbələ rayon şöbəsinin rəisi, polkovnik – leytenant Niyaz Məmmədov tədbiri açaraq gəncləri həqiqi hərbi xidmətə yola salınmaları münasibətilə təbrik etmiş, onlara nümunəvi hərbi xidmət arzulamışdır.
Tədbirdə iştirak edən Qəbələ Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri - başçının müavini Ətayə Osmanova çıxış edərək dövlət müstəqilliyinin qorunmasında, eyni zamanda gənclərin bir şəxsiyyət kimi formalaşmasında milli ordumuzun əhəmiyyətindən söhbət açmış, ölkəmizin təhlükəsizliyi və müdafiəsinin təmin olunmasında Azərbaycan Ordusunun müstəsna rolundan danışmışdır.
Qeyd olunmuşdur ki, əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan ordu quruculuğu siyasəti hazırda Silahlı Qüvvələrin Ali Baş Komandanı Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Daha sonra çağırışçı valideyni Əhməd Qəndiyev, rayon ağsaqqalarının nümayəndəsi Şirin Şirinov, bölgə qazisi, qəbələ rayon imamı Hacı Ceyhun Rüstəmov çıxış edərək çağırışçılara Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini şərəflə qorumağı tövsiyə etmiş, hərbi biliklərə yaxşı yiyələnməyi, intizamlı olmağı və vətənə layiq övlad kimi xidmət etməyi tövsiyə edərək, Qəbələyə qəhrəman kimi qayıtmağı arzulamışlar.
Mərasimdə hərbi çağırışçılara qiymətli hədiyyələr verilmişdir.
Sonda hərbi çağırışçılar Azərbaycan bayrağını öpərək müqəddəs “Qurani-Kərim”in altından keçmiş və hərbi xidmətə yola düşmüşlər.