Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələ musiqi festivalı Avstriya və İtaliya orkestrlərinin konsertləri ilə başlayacaq

23 iyul 2015 | 15:00

İyul ayının 25-dən 31-dək Qəbələ şəhərində, Heydər Əliyev Fondunun təşəbbüsü, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə keçiriləcək Qəbələ VII Beynəlxalq Musiqi Festivalı bu dəfə də müxtəlif ölkələrdən tanınmış kollektivləri, solist və dirijorları bir araya gətirəcək. Festivalında İtaliya Simfonik Orkestri, “Moskva virtuozları” kamera orkestri (Rusiya), Avstriya Vayner Akademiyasının kamera ansamblı, “Flamenko” ansamblı (İspaniya), “Dubrovnik Guitar Trio” (Xorvatiya), habelə Ukrayna, İsrail, və Almaniyadan olan məşhur musiqiçilər iştirak edəcəklər.
Festivalın konsertləri Qəbələ şəhərindəki “Heydər Əliyev Konqres Mərkəzi"ndə və açıq hava şəraitində keçiriləcək.
Musiqi bayramının ilk günü (25 iyul) əvvəlcə kamera zalında “Vayner Akademiya” kamera orkestrinin (Avstriya) konserti olacaq. Həmin gün axşam isə açıq səhnədə Qəbələ VII Beynəlxalq Musiqi Festivalının təntənəli açılışı olacaq. Gecədə İtaliya Simfonik Orkestri çıxış edəcək.

Keçidlər