Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələ VII Beynəlxalq Musiqi Festivalının təntənəli açılış mərasimi olub.

26 iyul 2015 | 05:00

İyulun 25-də Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Qəbələdə keçirilən VII Beynəlxalq Musiqi Festivalının rəsmi açılış mərasimi olub. Qəbələ şəhərindəki Heydər Əliyev Konqres Mərkəzinin qarşısındakı ərazidə keçirilən mərasimdə əvvəlcə Azərbaycanda musiqi mədəniyyətinin inkişafı və təbliğində müstəsna rol oynayan Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın festival iştirakçılarına ünvanladığı təbrik məktubu oxunub.
Sonra Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev, festivalın bədii rəhbəri, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, Xalq Artisti Fərhad Bədəlbəyli çıxış edərək bu möhtəşəm musiqi bayramında iştirak etmək üçün dünyanın müxtəlif yerlərindən ölkəmizə gəlmiş bütün qonaqları, istedadlı ifaçıları, musiqiçiləri Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın adından salamlayıblar. Bildiriblər ki, Azərbaycan mədəniyyətinin təbliğinə xidmət edən bu festival həm də ölkəmizin musiqi ənənələrinin dünyada tanıdılması üçün bir vasitədir. Mehriban xanım Əliyevanın təşəbbüsü və rəhbərliyi altında Azərbaycanda çoxsaylı mədəniyyət layihələri həyata keçirilir. Bu mədəniyyət tədbirlərindən biri olan Qəbələ Beynəlxalq Musiqi Festivalı öz möhtəşəmliyi ilə musiqisevərlərin rəğbətini qazanıb.
Çıxışlarda qeyd edilib ki, Azərbaycan mədəniyyətinin hamisi Mehriban xanım Əliyevanın təşəbbüsü və yaxından köməyi ilə Qəbələdə keçirilən beynəlxalq musiqi festivalı artıq gözəl bir ənənəyə çevrilib. Festivalın proqramına uyğun olaraq Qəbələ səhnəsində Azərbaycan və dünyanın dahi bəstəkarlarının əsərləri səsləndirilir. 2009-cu ildən ənənəvi olaraq hər il keçirilən bu musiqi festivalı ölkəmizdə və onun hüdudlarından kənarda böyük əks-səda doğurur. İyulun 25-dən başlayaraq qədim Qəbələ şəhəri Heydər Əliyev Fondunun möhtəşəm beynəlxalq layihəsi olan bu musiqi festivalına yenidən ev sahibliyi edir. İyulun 31-dək davam edəcək VII Beynəlxalq Musiqi Festivalında Azərbaycandan və xarici ölkələrdən görkəmli musiqiçilər, bədii kollektivlər, solistlər, dirijorlar iştirak edəcəklər.   Çıxışlardan sonra İtaliya Simfonik Orkestrinin möhtəşəm konserti olub. Konsertdə Ü.Hacıbəylinin “Koroğlu” operasından uvertura, “Koroğlu” operasından Həsən xanın ariyası, M.Maqomayevin “Azərbaycan”, C.Rossininin “Sevilya bərbəri” operasından Don Bazilionun ariyası, K.Sen-Sansın “Samson və Dalila” operasından Dalilanın ariyası, J.Bizenin “Karmen” operasından qaraçı mahnısı, P.Maskanyininin “Kənd namusu” operasından İntermezzo, P.Leonkavallonun “Payatsi” operasından Kanionun ariozosu, K.Sen-Sansın “Rondo-kapriççiozo”, C.Puççininin “Toska” operasından Kavaradossinin ariyası, Q. Donisettinin “Lüçiya di Lammermur” operasından Edqarın ariyası, C.Puççininin “Bohema operasından Hersoqun mahnısı, C.Verdinin “Riqoletto” operasından Hersoqun mahnısı, C.Puççuninin “Turandot” operasından Kalafın ariyası səsləndirilib.

Keçidlər