Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Qəbələdə keçirilən VII Beynəlxalq Musiqi Festivalı uğurla davam edir.

27 iyul 2015 | 09:00

İyulun 26-da Qəbələ şəhərindəki Heydər Əliyev adına Konqres Mərkəzində nəfəs alətləri ifaçılarından ibarət “Baku Brass” ansamblının konserti olub. Əməkdar artistlər Sirus Məmmədov (truba), Rövşən Quliyev (truba), Andrey Sabayev (valtorna), Əli Hacıyev (truba), həmçinin Ucal Məmmədxan (zərb) və Kamal Tapdıqov (trombon), Anar Məmmədov (klarnet), Denis Utkin (bas gitara) və Leyla İbrahimovanın (vokal) çıxış etdiyi konsertdə bəstəkar E.Morrikone, G.Mendez, K.K.Davis, G.Holst, G.Gershvin, L.Bricusse, M.Buble, V. A Motsartın əsərləri səsləndirilib.  Qeyd edək ki, “Baku Brass” ansamblı 2005-ci ildə Azərbaycan Dövlət Filarmoniyasının solisti, əməkdar artisti Sirus Məmmədov tərəfindən yaradılıb. Xoş musiqi bəxş etmək istəyi kollektivin bütün solistlərini birləşdirir. Kollektivin yaradıcılığı çoxistiqamətlidir. “Baku Brass” ansamblı müxtəlif səhnələrdə çıxış edir.

Keçidlər